Qırılmaz ipdən yapışanların məqamı


Digərləri 29 İyn 2019 20:50:00 179 0

Qırılmaz ipdən yapışanların məqamı

Qurani-Kərimin "Bəqərə" surəsinin 256-cı ayəsində, yəni "Ayətəl-kürsü"də oxuyuruq:

فَمَنْ يَكْفُرْ بِالطّاغُوتِ وَ يُؤْمِنْ بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقى

"Hər kəs tağutu (şeytanı, zülmü, zalımı) inkar edib Allaha iman gətirərsə qırılmaz ipdən yapışıb."

"Loğman" surəsinin 22-ci ayəsində də belə buyurulur:

مَنْ يُسْلِمْ وَجْهَهُ إِلَى اللّهِ وَ هُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقى

"Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o, artıq ən möhkəm ipdən yapışmışdır."

Son.az maide.az-a istinadən bildirir ki, dilimizə "qırılmaz, möhkəm ip" kimi tərcümə olunan söz Quranda "urvətul-vusqa" kimi ifadə olunmuşdur. Burada maraqlı bir nöqtə vardır. İnsan nə zaman yapışmaq üçün bir şeyə əl atır? Adi halda olan insan buna cəhd edirmi? Sözsüz ki, yalnız yıxılmaq, yuvarlanmaq təhlükəsi ilə üzləşmiş insan nədənsə yapışıb özünü xilas etmək istəyir.

Quran həmin ifadəni işlətməklə insanların nəzərinə çatdırır ki, onlar daim süqut etmək təhlükəsi ilə üzbəüzdürlər. Ey insan, sən yerlə göy arasında təhlükədə qaldığın an ayaqların altında odla dolu cəhənnəm adlı bir dərə ağzını açmışdır. Bu əbədi oddan qurtulmaq üçün sənin bircə çıxış yolun var: Allahın "qırılmaz ipindən" yapışmaq!

Yalnız özünü daim təhlükədə bilən və çıxış yolunu Allaha üz tutmaqda görən insan Allaha təslim ola bilər. Məhz bu məqamda insan aciz bir halda yalvarır: Allahım, məni qoru!...

Təbii ki, qeyd olunmuş halda olan insan öz əməllərinə diqqətli olacaqdır.

"Ürvətül-vusqa"nın oxşarı olan digər bir Quran ifadəsi də vardır: "İtəsimu bihəblillah". Bu ifadə ilə "Ali-İmran" surəsinin 103-cü ayəsində rastlaşırıq: