Doğurdanmı duaların qəbul olduğu xüsusi vaxtlar var?


Digərləri 29 İyn 2019 20:20:00 225 0

Doğurdanmı duaların qəbul olduğu xüsusi vaxtlar var?

Deyirlər ki, guya duaların qəbul olduğu xüsusi vaxtlar var və məhz həmin vaxtlarda dua etmək lazımdır. Bu fikir doğrudurmu?

Allah-Taala hər zaman duaları eşidər və Öz hikmətinə əsasən cavablandırar. Duaların qəbul olduğu xüsusi bir vaxt yoxdur. Hər zaman edilən duaları Allah eşidər.

Son.az islam.az-a istinadən bildirir ki, bir duanı eşitmək üçün xüsusi gün ya saat ayırmağa Allahın ehtiyacı yoxdur. Amma hədislərdə bəzi vaxtlarda duanın daha tez müstəcab olması bildirilir. Həftənin cümə axşamı və cümə günlərində, yağış yağanda, azan oxunanda, Quran oxunanda, sübh namazından sonra Günəş çıxana kimi, zöhr vaxtı dua etməyin daha çox faydası var. Bir daha təkrar edirik ki, bu zaman və məkan göstəriciləri qəti xarakter daşımır.