Ermənistan Mixail Kruqa müharibə elan etdi


Dünya 29 İyn 2019 20:04:00 197 0

Ermənistan Mixail Kruqa müharibə elan etdi

Ermənistan Ədliyyə Nazirliyi bu ölkədə baş verən proseslər fonunda özünü narahat hiss edib və mövcudluğunu orijinal yolla xatırlatmaq qərarına gəlib.

Son.az axar.az-a istinadən bildirir ki, qurum hökumətə cinayətkarlıqla bağlı qanun layihəsi təqdim edəcək.

Kriminal mühitin yaradılması və ya onun idarə olunması, kriminal aləmdə könüllu iştirak etmək, bu submədəniyyəti tabe etmək və ya onu yaymaq azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Lakin burada nəşr sual verir: daima "Qızıl üçbucaq", "Vladimirski sentral", eləcə də Kuçin və digərlərinin kriminal aləmə həsr edilmiş mahnılarına qulaq asan taksi sürücüləri nə etsinlər? Əlbəttə, yaxşı olardı ki, onlar Mosartı dinləsinlər, lakin, necə deyərlər, rənglər və zövqlər müzakirə olunmaz.

Nəşr yazır ki, Ermənistanın problemi kriminal submədəniyyətin inkişafında deyil:

"Ermənistan uzun müddətdir oliqarx-feodal quruluşu ilə orta əsrlərdəki dövrə yuvarlanıb. Burada hər məmur özünü Böyük Karl sayır və insanlarla qul kimi davranaraq onlardan rüşvət alır. Ey, Paşinyan, bu qaniçənləri məsuliyyətə cəlb etməyə gücün çatacaq?" - "Aravot" baş nazirə sual ünvanlayır.