"Azərbaycan" jurnalının yeni sayı çapdan çıxıb


Digərləri 29 İyn 2019 19:36:00 220 0

"Azərbaycan" jurnalının yeni sayı çapdan çıxıb

"Azərbaycan" jurnalının 6-cı sayı çapdan çıxıb.

Jurnalın bu sayında İlham Qəhrəman, Cəlaləddin Budatoğlu,Məcnun Göyçəli, Afaq Şixli, Zirəddin Qafarli, Nazir Rüstəm, Fəxrəddin Əsəd, Ruzbeh Məmməd, Ələsgər Əhmədin şeirləri yer alıb.

Bundan başqa Vaqif Səmədoğlunun 80 illiyi, İntiqam Qasimzadənin Şair haqqinda söz yazıları, Vaqif Səmədoğlunun şeirləri çap olunub.

Nəsr bölməsində Samid Ağayevin "Ləvəng" povesti, Xanim Aydının "Sərçə" hekayəsi oxuculara təqdim olunur.

"Bizim uzaqlaşmağimiz tənqidə zərbə idi, ədəbiyyata yox" Vilayət Quliyevlə tənqidçi Nərgiz Cabbarlinin söhbəti də jurnalın bu sayında dərc olunub.

Mo Yan "Bibimin qiymətli biçaği", Uluqbəy Esdövlətdən şeirlər tərcümə olunaraq oxuculara təqdim edilir.