Lenovo dünyanın ilk 5G dəstəkli planşetini təqdim etdi


Digərləri 29 İyn 2019 19:15:00 198 0

Lenovo dünyanın ilk 5G dəstəkli planşetini təqdim etdi

MWC Shangainin bu ilki mövzusunun 5G texnologiyası olduğunu söyləsək yanılmarıq.

Son.az chip.az-a istinadən bildirir ki, Çin Mobile 5G + təşəbbüsünü təqdim edərkən Vivo da 5G üçün planlarını açıqladı. Bununla yanaşı bu tədbirdə diqqətləri üzərinə çəkən şirkətlərdən biri də Lenovo oldu.

Lenovo Z6 Pro 5G Edition ilə birlikdə dünyanın ilk planşetini təqdim etdi. Dünyanın ilk 5G dəstəkli planşeti olan Lenovonun bu cihazı 2.75 GHz Snapdragon 8cx prosessorunun sürətini təmin edir. Cihazın digər xüsusiyyətləri barədə açıqlamalar verilməyib.