"Hicab bağlasaq da, tənqid edəcəklər"


Şou-biznes 29 İyn 2019 18:48:00 236 0

"Hicab bağlasaq da, tənqid edəcəklər"

Müğənni Lətifə Soyuöz geyimlərini tənqid edənlərə cavab verib.

Son.az Axşam.az-a istinadən bildirir ki, sənətçi "Hər şey daxil" verilişində bildirib ki, incəsənət adamlarının səhnə geyimləri seçilməlidir:

"Biz səhnə üçün geyinirik. Səhnə gözəlliyi, cazibəni sevir. Geyimlə insanlara örnək ola bilmərik. Filipp Kirkorovun gözəl səhnə geyimləri var. Biz də o çıxanda fərqli bir şey görürük. O deməkdir ki, shəri bütün Rusiya tac taxıb, uzun şleyflə küçədə gəzsin?

Onsuz da nə geyinsək, hicab bağlasaq da, bəyənməyəcəklər, tənqid edəcəklər. Mediatik olmaq da elə budur".