Parkda soyğunçuluq törədənlər ələ keçdi


Kriminal 29 İyn 2019 18:30:00 209 0

Parkda soyğunçuluq törədənlər ələ keçdi

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini H.Həsənli rayon ərazisindəki parkların birində ona yaxınlaşan şəxslərin mobil telefonunu almalarını, geri istədikdə isə bıçaqla hədələyərək aradan çıxdıqlarını bildirib.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsilə cinayət işi başlanıb.

9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri M.Qasımov, H.Qurbanov, S.Məmmədov və N.Məmmədov olduqları müəyyən edilib.


Xəbərə aid fotolar