Canavarın Oğuz hücumunun DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ


Digərləri 29 İyn 2019 18:00:00 269 0

Canavarın Oğuz hücumunun DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ

Xəbər verildiyi kimi Oguz rayonunun Xaçmaz kəndinə dünən canavar hücum edib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, dünənki hadisə yırtıcının həftə ərzində üçüncü hücumu imiş.

Xatırladaq ki, kəndə hücum edən canavar ikisi uşaq olmaqla 4 nəfəri yaralayıb. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Canavar hücumu nəticəsində 15 yaşlı Namiq Bəkirli başın, üst dodağın, boynun və başın arxa səthindən, 15 yaşlı Tural Məmmədnəbili sol əlin bazu və sol ayağın bud nahiyəsindən, 57 yaşlı İbrahim İslamov sağ əlin üçüncü barmağından və 57 yaşlı Mahirə Məmmədova sağ əlin barmağından xəsarət alıb. Xəstəxanada hər 4 zərərçəkənə də ilkin tibbi yardım göstərilib, yaralarına tikiş qoyulub və quduzluq əleyhinə vaksinlər vurulub.

Onu da qeyd edək ki, hadisədən iki gün əvvəl evlərinə gedən digər kənd sakinlərinə yolda ikən canavar hücüm çəkib və sakinlərin əlində olan təsərrüfat əşyalarının hesabına onlara yaxın düşə bilməyən yırtıcı bir nəfəri barmağından qaparaq xırda dişləklə ərazidən qaçmağa müvəffəq olub. Kənd sakini İbrahim İslamov bildirib ki, həmin hadisə günorta baş verib və xoşbəxtlikdən həmin vaxt küçələrdə körpə uşaqların olmaması böyük faciənin qabağını alıb. Lakin faciə dünən baş verib.

Məsələ ilə bağlı rayon Baytarlıq İdarəsi ilə əlaqə yaratdıq və hadisədən sonra hansı tədbirlərin görüldüyünü və hansi tədbirlərin görüləcəyini soruşduq.


Xəbərə aid fotolar