Bu da oldu: "Qohumunu sosial şəbəkədə biabır edəcəm"


Kriminal 29 İyn 2019 17:18:00 219 0

Bu da oldu: "Qohumunu sosial şəbəkədə biabır edəcəm"

Cəlilabad rayonunda hədə-qorxu yolu ilə pul tələb edən şəxs tutulub.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, iyunun 28-də Cəlilabad rayonunun Günəşli kənd sakini Ə.Əliyev rayon polis şöbəsinə müraciət edib.

O, iyunun 24-də Salyan rayon sakini R.Ağayevin onun həmkəndlisi olan qohumu K.Həsənovu sosial şəbəkədə biabır edəcəyi ilə hədələyib 3000 manat pul istəməsini bildirib.

Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 28-də R.Ağayev Ə.Əliyevdən 3000 manat pulu alarkən saxlanılıb.