Həmsədrlər birgə bəyanat yayıblar


Siyasət 29 İyn 2019 17:02:00 242 0

Həmsədrlər birgə bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti- Fransa və Endryu Şafer - ABŞ) birgə bəyanat yayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, bəyanata əsasən, həmsədrlər Vyana və Bratislavada ATƏT-in baş katibi Tomas Qremingerə və təşkilatın fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçaka regiona son səfərləri, onların Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Vaşinqton və Moskvada keçirilən məsləhətləşmələri barədə məlumat veriblər.

Sənəddə qeyd edilir ki, onlar eyni zamanda ATƏT Yüksək Səviyyəli Planlama Qrupunun rəhbəri Vladimir Minariklə də görüşüblər. Bu görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib:

"Həmsədrlər iyunun 28-də münaqişə tərəflərinin eyni vaxtda girovları azad etmələrini alqışlayıb və belə bir müsbət addıma sövq edən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səylərini yüksək qiymətləndiriblər".