Bu qurumlar maşınlarını satır


Digərləri 29 İyn 2019 16:48:00 225 0

Bu qurumlar maşınlarını satır

Bir neçə dövlət qurumu istifadəsiz qalan avtomobillərini hərraca çıxarıb.

Son.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə 30 iyul tarixində avtomobil hərracı təşkil edəcək.

Auksiona ümumilikdə 8 avtomobil təqdim edilib. Onlardan 5-i Ədliyyə Nazirliyinə, 2-si Əmlak Məsələləri Dövlət Komitəsinə, biri isə Baş prokurorluğa məxsusdur.

Hərracda ən yüksək qiymətə təqdim edilən avtomobil Ədliyyə Nazirliyinə məxsusdur. Nazirliyin satışa çıxardığı "Nissan Maksima" markalı avtomobil üçün müəyyən edilən ilkin satış qiyməti 8000 manatdır.

İkinci ən yüksək qiymətə təqdim edilən avtomobil Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus eyni markalı ("Nissan Maksima") nəqliyyat vasitəsidir - ilkin satış qiyməti 7000 manatdır.