İlk hərbi internet yaradılır


Dünya 29 İyn 2019 16:36:00 231 0

İlk hərbi internet yaradılır

Almaniya və Niderland tarixdə ilk dəfə hərbi internetin yaradılması məqsədi ilə öz səylərini birləşdiriblər.

Son.az Axar.az-a istinadən bildirir ki, iki ölkə arasında bununla bağlı müqaviləni Almaniyanın Müdafiə naziri Ursula fon der Lyayen və Niderland Müdafiə naziri Ank Beyleveld imzalayıblar.

Müqaviləyə əsasən, TEN vasitəsilə ilk mərhələdə Almaniyanın D-LBO kommunikasiya proqramı ilə Niderlandın FOXTROT proqramı arasında əlaqə yaradılacaq.

Bunun sayəsində iki ölkə öz hərbi şəbəkələrini birləşdirəcək. Yeni şəbəkə "Tactical Edge Netvorkinq" adını alacaq.

Bildirilir ki, bu NATO üzvlərinin gələcəkdə digər hərbi şəbəkələrini birləşdirmək üçün sınaq variantı olacaq.