Azərbaycan NATO PA-nın tanıtım proqramında iştirak edəcək


Digərləri 29 İyn 2019 16:36:00 189 0

Azərbaycan NATO PA-nın tanıtım proqramında iştirak edəcək

Milli Məclisin deputatı Kamran Bayramov Assambleya tərəfindən iyulun 1-də və 2-də NATO-nun Brüssel şəhərindəki mənzil qərargahında təşkil olunan tanıtım proqramında iştirak edəcək.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Bayramov Assambleya tərəfindən iyulun 1-də və 2-də NATO-nun Brüssel şəhərindəki mənzil qərargahında təşkil olunan tanıtım proqramında iştirak edəcək. Trend-in məlumatına görə, tədbir çərçivəsində deputatımız NATO-nun siyasətinə, tərəfdaşları ilə münasibətlərinə, həyata keçirdiyi əməliyyatlara, Alyansın Parlament Assambleyası ilə əməkdaşlığına həsr olunan müzakirələrdə iştirak edəcək. Eyni zamanda, K.Bayramov təşkilatın yüksək vəzifəli mülki və hərbi rütbəli rəsmi şəxsləri, o cümlədən quruma üzv olan dövlətlərin daimi nümayəndələri ilə görüşlərdə iştirak edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin