Xəstəlik bu ölkəni cənginə alıb


Dünya 29 İyn 2019 16:18:00 223 0

Xəstəlik bu ölkəni cənginə alıb

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı ötən ilin iyul ayından bu günə kimi 1553 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib. Bundan öncə isə rəsmi açıqlamaya görə, 1506 nəfər bu virusdan ölmüşdü.

Hazırda Konqoda tüğyan edən Ebola virusu ilk dəfə 2018-ci il iyulun sonunda qeydə alınıb.

Daha öncə Ebola virusu Qərbi Afrikada 2015-ci ildə baş qaldırıb və əsasən Qvineya, Siyera-Leone və Liberiyanı əhatə edib.