Binəqədidə kafedə partlayış olub


Digərləri 29 İyn 2019 15:55:00 230 0

Binəqədidə kafedə partlayış olub

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı. Binəqədidə kafedə partlayış olub. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 120 kv.m olan tikilinin (kafe kimi fəaliyyət göstərir) mətbəxində həcmi 50 litr olan maye qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib. Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar 30 kv.m sahədə yanıb. Yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 50 kv.m sahədə əriyib.