Yasamal rayonunda avtomobil yollarının yenidən qurulmasına 8,6 milyon manat ayrılıb


Siyasət 29 İyn 2019 15:33:00 202 0

Yasamal rayonunda avtomobil yollarının yenidən qurulmasına 8,6 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.