Rabitəbank regionlarda kənd təsərrüfatına dəstək verir (FOTO)


Digərləri 29 İyn 2019 14:56:46 258 0

Rabitəbank regionlarda kənd təsərrüfatına dəstək verir (FOTO)

Rabitəbank regionlarda kənd təsərrüfatına dəstək istiqaməntində sahibkarlarla görüşlərinə start verib.

Bakı. Rabitəbank regionlarda kənd təsərrüfatına dəstək istiqaməntində sahibkarlarla görüşlərinə start verib. Bankdan Trend-ə verilən məlumata görə, Rabitəbank “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində regionlarda sahibkarlarla görüşlərinə başlayıb. Belə ki, Azərbaycanın qərb bölgəsi olaraq ilk ünvan Gəncə şəhəri seçilmişdir. Baş tutan tədbirdə 100-dən artıq sahibkar, dövlət rəsmiləri iştirak etmişdir. Rabitəbank əməkdaşları tərəfindən layihə haqqında ətraflı məlumat verilmiş və sahibkarlar üçün yaradılan güzəştli kredit haqqında geniş məlumat verilmişdir. Həmçinin tədbir çərçivəsində sahibkarların sualları cavablandırılmış və təklifləri dinlənilmişdir.