Tramp bütün dünyaya elan etdi


Dünya 29 İyn 2019 14:39:00 214 0

Tramp bütün dünyaya elan etdi

ABŞ prezidenti Donald Tramp G20 Liderlər Zirvəsi çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşməkdən məmnun olduğunu dilə gətirib.

Son.az publika.az-a istinadla xəbər verir ki, prezident Türkiyənin ABŞ-ın dostu olduğunu bildirib.

Türkiyə-ABŞ gərginliyinə səbəb olan S-400 sistemləri haqqında danışan Tramp qeyd edib ki, Türkiyə haqsızlığa məruz qalıb: "Ərdoğanın günahı yoxdur. Obama ədalətli davranmadı. Müdafiələri üçün S-400-ə ehtiyacları vardı. Bizdən "Patriot" almağa icazə vermədilər. Onlar da gedib Rusiyadan S-400 aldılar. Sonra bizim ölkəmizdən gedib dedilər ki, bizə yaxşılıq edin, biz sizə "Patriot" satacağıq. Amma çox gec idi, S-400-ün pulu ödənmişdi. Bu arada, Türkiyə 116 ədəd F-35 alıb. Yenə də almaq istəyir. İndi də pulunu ödədiyi təyyarələrinin təhvilini istəyir. İndi xəbər verəcəklər ki, "Son dəqiqə... Tramp Türkiyəni sevir". Amma yox, mən ölkəmi sevirəm. Bunu isə söyləmək məcburiyyətindəyəm. Ərdoğana haqsızlıq edildi. Ərdoğan mənim baxış bucağımdan olduqca çətin insandır. Amma ona ədalətsiz davranıldığını düşünürəm".

"Birlikdə möhtəşəm işlər gördük və böyük ticarət ortaqlığımız var. Bunu daha da böyüdəcəyik. İllik ticarət həcmi 75 milyarddan 100 milyard dollara çıxarılmalıdır", - Tramp deyib.