1619 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub


Digərləri 29 İyn 2019 14:07:00 233 0

1619 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub

51 vətəndaşlığı olmayan şəxsin ölkə vətəndaşlığı bərpa edilib.

Bakı. Dövlət Miqrasiya Xidmətində (DMX) vətəndaşsızlıq və qanunsuz miqrasiya sahəsində məlumatlılığının artırılması, həmçinin gələcəkdə bu sahədə əməkdaşlığın daha səmərəli və çevik olmasının təmin etmək məqsədilə yerli icra hakimiyyətlərinin aidiyyəti şəxslərinin iştirakı ilə tədbir keçirilib. Xidmətdən Trend-ə verilən məlumata görə, DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbov bildirib ki, 2016-2018-ci illərdə Xidmətin regional miqrasiya idarələrinin xidməti ərazilərində görüşlər keçirilib, ümumilikdə 389 nəfər qəbul edilib. Həmin şəxslərdən 194-nün leqallaşdırılması istiqamətində işlər görülüb. Ötən 11 ildə 1619 vətəndaşlığı olmayan şəxs dövlət başçısının müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub. 51 vətəndaşlığı olmayan şəxsin ölkə vətəndaşlığı bərpa edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin