Pərviz Şahbazov “OPEC plus” nazirlərinin 6-cı iclasında iştirak edəcək


Digərləri 29 İyn 2019 13:29:00 288 0

Pərviz Şahbazov “OPEC plus” nazirlərinin 6-cı iclasında iştirak edəcək

Pərviz Şahbazov 30 iyun tarixində Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

Bakı. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov 30 iyun tarixində Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, P.Şahbazov 01-02 iyul tarixlərində keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və təşkilata daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası və nazirlərin 6-cı görüşündə iştirak edəcək. “OPEC plus” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının təhlili əsasında ilin ikinci yarısı üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.