Rabitəbank Regionlarda Kənd təsərrüfatına dəstək verir


Digərləri 29 İyn 2019 13:30:00 333 0

Rabitəbank Regionlarda Kənd təsərrüfatına dəstək verir

Rabitəbank, Regionlarda Kənd təsərrüfatına dəstək istiqaməntində sahibkarlarla görüşlərinə start verib.

Rabitəbank "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi" çərçivəsində regionlarda sahibkarlarla görüşlərinə başlamışdır. Belə ki, Azərbaycanın qərb bölgəsi olaraq ilk ünvan Gəncə şəhəri seçilmişdir. Baş tutan tədbirdə 100-dən artıq sahibkar, dövlət rəsmiləri iştirak etmişdir.

Rabitəbank əməkdaşları tərəfindən layihə haqqında ətraflı məlumat verilmiş və sahibkarlar üçün yaradılan güzəştli kredit haqqında geniş məlumat verilmişdir. Həmçinin tədbir çərçivəsində sahibkarların sualları cavablandırılmış və təklifləri dinlənilmişdir.

Qeyd edək ki, Rabitəbank Dünya Bankı, Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin birgə icra etdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi" - nin Aqrobiznesə Maliyyə Xidmətləri komponenti üzrə İştirakçı Maliyyə Qurumu kimi seçilmişdir. Layihənin əsas məqsədi, kənd təsərrüfatı mallarının emalına, satış və istehsalına dəstək vermək, seçilmiş məhsullar üzrə dəyər zəncirlərinin təkmilləşdirilməsindən ibarətdir.


Xəbərə aid fotolar