Tələbə və məzunlar üçün növbəti aktiv məşğulluq tədbiri keçirilib (FOTO)


Digərləri 29 İyn 2019 12:32:00 194 0

Tələbə və məzunlar üçün növbəti aktiv məşğulluq tədbiri keçirilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı Biznes Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı Biznes Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbir tələbə və məzunlara yiyələndikləri ixtisas üzrə əmək bazarında mövcud olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək məqsədi daşıyıb. Həmçinin tədbirdə 44-ü özəl, 6-ı dövlət sektoruna aid 50 müəssisə tərəfindən 272 vakant iş yeri təqdim olunub. Vakant iş yeri təqdim edən müəssisələrin nümayəndələri də tədbirdə iştirak edib. Tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, öz CV-lərini təqdim etmək imkanı yaradılıb. İşəgötürənlər isə gələcəkdə onlara lazım ola biləcək ixtisaslı kadrların seçimini aparıblar. Həmçinin iştirakçılara vakant iş yerlərinə göndərişlər verilib.