43 nəfərin ölümünə səbəb olan körpü partlayışla məhv edildi


Dünya 29 İyn 2019 12:24:00 206 0

43 nəfərin ölümünə səbəb olan körpü partlayışla məhv edildi

Ötən il 43 nəfərin ölümünə səbəb olan körpü məhv edilib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliyada ötən il uçan körpü partladılaraq tamamilə "yox edilib". Genuyadakı Morandi körpüsü əvvəlcədən planlaşdırılan partlayışla məhv olunub.

Partlayışdan əvvəl minlərlə insan yaxınlıqdakı ərazidən təxliyə olunub. Körpünün məhv olunduğu anın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, körpünün ağırlığı 4500 ton olub.


Xəbərə aid fotolar