Ağdaşda “Xaşxaş 2019” ƏMƏLİYYATI


Kriminal 29 İyn 2019 12:14:00 427 0

Ağdaşda “Xaşxaş 2019” ƏMƏLİYYATI

"Xaş-xaş 2019" əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, rayonun Malay kəndi ərazisində vətəndaşa məxsus əkin sahəsində ümumi çəkisi 306 kiloqram olan yabanı halda bitmiş 982 ədəd narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Xəbərə aid fotolar