Çin və ABŞ ticarət danışıqlarını bərpa edəcək


Dünya 29 İyn 2019 11:39:00 212 0

Çin və ABŞ ticarət danışıqlarını bərpa edəcək

Çin və ABŞ liderləri ticarət müzakirələrini davam etdirməyə qərar veriblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, Çin Prezidenti Xi Jinping və ABŞ Prezidenti Donald Trampın Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində görüşü baş tutub.

Bir saat 20 dəqiqə davam edən görüşün nəticəsi olaraq Çin və Amerika tərəfləri ticarət məsələləri üzrə bərabərlik və qarşılıqlı hörmət əsasında məsləhətləşmələr aparmağa razılıq veriblər.