Kürdəmirdə zəncirvari qəza:


Digərləri 29 İyn 2019 10:34:00 300 0

Kürdəmirdə zəncirvari qəza:

Kürdəmir rayonunda zəncirvari qəza baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, rayonun Xırdapay kəndində "Dodge" markalı maşınla iki "VAZ 2107" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ 2107" markalı avtomobillərdən birinin sürücüsü Dəyanət Əliyev ağır xəsarət alıb.

Digər "Jiquli"nin sürücüsü İltizam Abdullayev və "Dodge"nin sürücüsü Sahib Baxışov qəzadan yüngül xəsarətlə çıxıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar