Azərbaycanda dəhşətli qəza


Digərləri 29 İyn 2019 10:14:00 222 0

Azərbaycanda dəhşətli qəza

Sabirabadda ağır yol qəzası olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Horadiz yolunun rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.

"VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində Bakının Səbail rayon sakini İbadov Sücəddin Alış oğlu hadisə yerində ölüb.

Ailənin digər üzvləri, 1981-ci il təvəllüdlü İbadova Vəsilə Sabir qızı və 1973-cü il təvəllüdlü İbadov Samir Sücəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.