Sabirabadda ağır yol qəzası - 1 nəfər öldü


Digərləri 29 İyn 2019 10:13:00 204 0

Sabirabadda ağır yol qəzası - 1 nəfər öldü

Sabirabad rayonunun Qaratəpə kəndində “Daewoo” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Bakı. Sabirabad rayonunun Qaratəpə kəndində “Daewoo” və “VAZ” markalı iki minik avtomobili toqquşub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib. Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Daewoo” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.