Hövsan Dəniz Limanında faciə


Digərləri 29 İyn 2019 10:09:00 274 0

Hövsan Dəniz Limanında faciə

Bakıda dəniz limanında ölüm hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Hövsan Dəniz Limanında baş verib.

"Hestinq-İnterprayz Corporation" şirkətin Azərbaycanda fəaliyyət göstərən nümayəndələri tərəfindən Gürcüstandan Qazaxıstana dondurulmuş toyuq budları göndərərkən Hövsan Dəniz Limanında konteynerlərin kranla gəmiyə yüklənməsi zamanı orada fəhlə işləyən, 1988-ci il təvəllüdlü Bünyadov Ədalət Məhəmmədfüzuli iki konteynerin arasında sıxılmış vəziyyətdə qalıb.

Ə. Bünyadov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsini qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.