Quterreş Abe və Si Cinpin ilə Koreya yarımadasındakı vəziyyəti müzakirə edib


Dünya 29 İyn 2019 09:09:00 182 0

Quterreş Abe və Si Cinpin ilə Koreya yarımadasındakı vəziyyəti müzakirə edib

BMT-nin baş katibi Antoniu Quterreş Osaka şəhərində Yaponiyanın baş naziri Şinzo Abe və Çin Xalq Respublikasının sədri Si Cinpin ilə Koreya yarımadasındakı vəziyyəti müzakirə edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu A.Quterreşin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

Onun sözlərinə görə, BMT-nin baş katibi Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammitində iştirak edir: "Baş katib və cənab Abe hər iki tərəf üçün narahatlıq doğuran məsələləri, o cümlədən Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər".

S.Cüjarrik əlavə edib ki, A.Quterreş Si Cinpin ilə dayanıqlı inkişafın məqsədləri, iqlim dəyişikliyi problemini və Koreya yarımadasındakı vəziyyəti müzakirə edib.