Exceldə makroslardan imtina edin


Digərləri 29 İyn 2019 08:59:00 182 0

Exceldə makroslardan imtina edin

"Microsoft" şirkətinin nümayəndələri "Excel" vasitəsilə zərərverici proqramların yayılmasını etiraf edib. Şirkət öz istifadəçilərinə makrosları deaktiv etməyi və onlardan istifadə etməməyi tövsiyə edir. Şirkətin nümayəndələrinin sözlərinə görə, cinayətkarlar tərəfindən yayılan spam troyan virusunun quraşdırılması üçün "Office" proqramındakı boşluqlardan istifadə edir. Söhbət "Excel" proqramında zərərverici makroslardan istifadə edilməsindən gedir. Son.az ICTnews-a istinadən bildirir ki, "Trend Micro's" nəşri yazır ki, yalnız ötən həftə "FlawedAmmyy" troyanı "Excel" ofis proqramında makrosların köməyi ilə Çili, Meksika, Çin, Cənubi Koreya və Tayvanda işə salınıb.