ABŞ Qətərdəki avibazada F22 qırıcıları yerləşdirib


Dünya 29 İyn 2019 08:38:00 243 0

ABŞ Qətərdəki avibazada F22 qırıcıları yerləşdirib

ABŞ Qətərdəki Əl-Üdeyd aviabazasına F-22 beşinci nəsil qırıcı təyyarələr yerləşdirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Bu təyyarələr Amerika qüvvələrini və maraqlarının ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında qorumaq məqsədilə ilk dəfə Qətərdə yerləşdirilir".

Bəyanatın içində həmçinin 3 ədəd F-22 qırıcı təyyarəsinin olduğu fotoşəkil də yerləşdirilib.