Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub


Digərləri 29 İyn 2019 08:23:00 215 0

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda yanğın qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, şəhərin Xətai rayonunda, Xudu Məmmədov küçəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 10 m² sahədə və pəncərəsi əriyib.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.