Tramp yaxın zamanda Kim Çen Inla görüşməyə hazırdır


Dünya 29 İyn 2019 08:28:00 238 0

Tramp yaxın zamanda Kim Çen Inla görüşməyə hazırdır

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının sədri Kim Çen Inla yaxın zamanda görüşməyə hazırdır.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ prezidenti bu barədə öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Çin Xalq Respublikasının sədri Si (Cinpin) ilə bir neçə vacib görüşdən sonra mən prezident Mun (Çje İn) ilə görüşmək üçün Yaponiyadan Cənubi Koreyaya yollanacağam. Mən orada olduğum zaman KXDR-nın sədri Kim (Çen In) lazım bilərsə mən salamlaşmaq üçün sərhəddə - demilitarizasiya edilmiş zonada onunla görüşəcəyəm".

Qeyd edək ki, D.Tramp G20 sammitinin keçirildiyi Yaponiyanın Osaka şəhərindən Cənubi Koreyanın paytaxtı Seula iyunun 29-u yollanacaq.