Əfqanıstanda bir neçə partlayış olub, yaralananlar var


Dünya 29 İyn 2019 08:13:00 236 0

Əfqanıstanda bir neçə partlayış olub, yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə və Celalabad şəhərində partlayışlar baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, partlayışlar nəticəsində azı 5 nəfər xəsarət alıb.

Nanqarhar əyalətinin qubernatorunun təmsilçisi Attaullah Hoqyani bildirib ki, Celalabaddakı partlayış xəstəxanada baş verib.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.