Quterreş Abe və Si Cinpin ilə Koreya yarımadasındakı vəziyyəti müzakirə edib


Digərləri 29 İyn 2019 08:14:00 212 0

Quterreş Abe və Si Cinpin ilə Koreya yarımadasındakı vəziyyəti müzakirə edib

BMT-nin baş katibi Antoniu Quterreş Osaka şəhərində Yaponiyanın baş naziri Şinzo Abe və Çin Xalq Respublikasının sədri Si Cinpin ilə Koreya yarımadasındakı vəziyyəti müzakirə edib

Bakı. BMT-nin baş katibi Antoniu Quterreş Osaka şəhərində Yaponiyanın baş naziri Şinzo Abe və Çin Xalq Respublikasının sədri Si Cinpin ilə Koreya yarımadasındakı vəziyyəti müzakirə edib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu A.Quterreşin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib. Onun sözlərinə görə, BMT-nin baş katibi Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammitində iştirak edir: "Baş katib və cənab Abe hər iki tərəf üçün narahatlıq doğuran məsələləri, o cümlədən Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər".