Fast & Furious filminə nəhayət start verildi


Digərləri 29 İyn 2019 08:08:00 218 0

Fast & Furious filminə nəhayət start verildi

Fast & Furious seriyalı bir qrup şəxsin avtomobil oğurluğu ilə başlamışdı. Filmin sevilməsi ilə bərabər ard-arda davamlı filmlər gəldi  və komanda da say çoxaldı.

Son.az chip.az-a istinadən bildirir ki, seriyalın yeni filmi olan Fast & Furious 9-un çəkilişinə start verildi. Seriyalın ulduzlarından olan Nathalie Emmanuel  rəsmi Twitter hesabı ilə filmin çəkilişinə başlanıldığını bildirib.

"Bu gün Fast və Furious 9 çəkilişlərinin ilk günü ... Komanda yenidən bir araya gəldi"

Emmanuelin paylaşımındakı istifadə etdiyi emojilər serialdakı obrazları canlandıran"Dom" (Vin Diesel), Letty (Michelle Rodriguez), Roman (Tyrese Gibson), Mia (Jordana Brewster), Tej (Ludacris) və Emmanuelin xarakteri Ramseyi təmsil edir.

Serialda ilk olaraq Fast & Furious : Tokio Drift filmini idarə edən və ardından Fast & Furious 4, 5 və 6 filmlərində də idarə edən Justin Lin yenidən vəzifəsinin başına keçərkən senarini Daniel Casey (Kin) qələmə alır. Casey seriyalın veteranı Chris Morqanı əvəz etdi. Morgan seriyalın yan film olan Hobbs & Shaw üçün senarisi üzərində çalışırdı.

Yeni filmdə komandaya John Cena də qatılacağı açıqlandı. Cena The Rock və Jason Stathamın boşluğunu dolduracaq.