ABŞ və Kanada arasında tuneldə qatar relsdən çıxıb


Digərləri 29 İyn 2019 05:19:00 241 0

ABŞ və Kanada arasında tuneldə qatar relsdən çıxıb

ABŞ və Kanada arasında yerləşən tuneldə yük qatarı relsdən çıxıb

Bakı. ABŞ və Kanada arasında yerləşən tuneldə yük qatarı relsdən çıxıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, insident ABŞ-ın Miçiqan ştatının Port-Quron şəhəri və Kanada arasında yerləşən Sent Kler tunelində ("St. Clair Tunnel") baş verib. Məlumata əsasən, lokomotiv və 46 vaqon relsdən çıxıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.