ABŞ Qətərdəki bazaya F-22 qırıcıları göndərib


Digərləri 29 İyn 2019 04:28:00 238 0

ABŞ Qətərdəki bazaya F-22 qırıcıları göndərib

ABŞ Qətərdəki Əl-Üdeyd aviabazasına F-22 beşinci nəsil qırıcı təyyarələr göndərib

Bakı. ABŞ Qətərdəki Əl-Üdeyd aviabazasına F-22 beşinci nəsil qırıcı təyyarələr göndərib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir. Bəyanatda bildirilir: "Bu təyyarələr Amerika qüvvələrini və maraqlarının ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında qorumaq məqsədilə ilk dəfə Qətərdə yerləşdirilir".