Özbəkistanda ilk qadın universiteti yaradılır


Digərləri 28 İyn 2019 23:07:00 317 0

Özbəkistanda ilk qadın universiteti yaradılır

Özbəkistanda Koreya Respublikasının Kyunq-in Qadın Universitetinin filialı açılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Daşkənddə Kyunq-in Beynəlxalq Universitetində ancaq qadınlar təhsil alacaqlar. Bu, Müstəqil Dövlətlər Birliyi məkanında ilk qadın universiteti olacaq.

Universitetdə toxuculuq, dizayn, dəb, aviasiya, turizm, səhiyyə, gözəllik sənayesi və digər sahələrdə mütəxəssislər hazırlanacaq. Ali təhsil ocağında müasir tədris avadanlığı, laboratoriyalar, zəngin kitabxana fondu yaradılacaq, tədris prosesində qabaqcıl xarici təcrübədən istifadə ediləcək.