Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva BMT İnkişaf Proqramının təşkil etdiyi mərasimdə iştirak edib FOTO


Digərləri 28 İyn 2019 22:19:00 193 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva BMT İnkişaf Proqramının təşkil etdiyi mərasimdə iştirak edib  FOTO

Azərbaycanda ilk dəfə inklüzivlik hakatonu təşkil edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 28-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkil etdiyi mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

İnklüzivlik hakatonu ideya və açıq mənbədən olan həll yollarını təklif edə biləcək insanların bir araya gətirilməsi deməkdir. Həll yolları dedikdə tətbiqi proqramlar, veb-saytlar, elektron məhsullar kimi müxtəlif innovativ xidmətlər nəzərdə tutulur.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti bu yarışmanın dünyanın 60 ölkəsində keçirildiyini, Azərbaycanda isə ilk dəfə təşkil olunduğunu qeyd etdi. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın inklüziv ideyaların ilk carçısı olduğunu və onun daim bu cür layihələrə dəstək göstərdiyini dedi. "İnklüzivliyi bizi birləşdirən amil kimi görək", - deyən Alessandro Frakassetti texnologiyalara dövrümüzün həll variantı kimi yanaşmağı tövsiyə etdi və müsabiqəni "inklüzivliyin çempionatı" adlandırdı.