İtaliyada 2003cü ildən sonra ən kəskin istilərin olacağı barədə xəbərdarlıq edilib


Digərləri 28 İyn 2019 22:24:00 218 0

İtaliyada 2003cü ildən sonra ən kəskin istilərin olacağı barədə xəbərdarlıq edilib

Hazırda İtaliyada isti hava şəraiti hökm sürür. Həftəsonu ölkə ərazisində havanın temperaturunun 40 dərəcəyə çatması ehtimal olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yaşlı və meteohəssas insanların evdə qalmaları və daha çox maye qəbul etmələri tövsiyə olunur.

Sinoptiklər bildirirlər ki, cümə günü temperatur 40 dərəcəyə çatacağı təqdirdə 2003-cü ildə ölkə ərazisində qeydə alınmış ən yüksək temperatur göstəricisi yenilənəcək.