SanFransisko ABŞda elektron siqaretlərin satışına qadağa qoyulmuş ilk böyük şəhər oldu


Digərləri 28 İyn 2019 22:05:00 302 0

SanFransisko ABŞda elektron siqaretlərin satışına qadağa qoyulmuş ilk böyük şəhər oldu

San-Fransisko şəhərinin (Kaliforniya ştatı) administrasiyası elektron siqaretlərin satışına qadağa qoyan qanun qəbul edib. Beləliklə, San-Fransisko ABŞ-da bu cür qərar qəbul etmiş ilk böyük şəhər olub. Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni qanunun tərəfdarları əmindirlər ki, bu qanun yetkinlik yaşına çatmayanlar arasında siqaret çəkənlərin sayını azalda biləcək. Qanunun əleyhdarları isə qeyd edirlər ki, bu qanun yaşlı əhalini adi siqaretlərin alternativindən məhrum edəcək.

Yeni qaydaya əsasən, ABŞ-ın Ərzaq Məhsullarına və Dərmanlara Nəzarət İdarəsi bu mallara təhlükəsizlik sertifikatı verməyincə şəhər sakinləri San-Fransisko mağazalarında elektron siqaretlər ala bilməyəcək, həmçinin bu şəhərin ünvanları üzrə elektron siqaretləri onlayn-sifarişlər yolu ilə əldə edə bilməyəcəklər.

İdarənin məlumatına görə, federal hökumət yaşı 18-dən aşağı olan şəxslərə elektron siqaretlər satışını qadağan etməsinə baxmayaraq, 2018-ci ilin son ayı ərzində bütün ölkə üzrə orta və yuxarı siniflərdə oxuyan 3,6 milyondan çox məktəbli elektron siqaretlərdən istifadə edib. Qanun mer tərəfindən imzalanandan 7 ay sonra qüvvəyə minməlidir.