Arkovdan şok: Rusiya ilə savaş dünyanın sonu olacaq


Dünya 28 İyn 2019 21:09:00 236 0

Arkovdan şok: Rusiya ilə savaş dünyanın sonu olacaq

Yaponiyanın Osaka şəhərində G20 sammiti çərçivəsində Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında danışıqlar başa çatıb. Görüş 1,5 saat davam edib. Bu 1,5 saat bütün dünyaya necə təsir edə bilər? İki ölkə arasındakı münasibətlərin yaxşılaşmasını gözləmək olarmı?

Son.az bildirir ki, bu və digər sualları rusiyalı politoloq Vitali Arkov Axar.az-a cavablandırarkən bildirib ki, görüş zamanı siyasət və iqtisadiyyatda təsir sahələrinin bölünməsi müzakirəsi pərdə arxasında qalıb. Tərəflər qismən müzakirə mövzularına işarə veriblər - məsələn, Venesuela, Suriya böhranı və sairə.

"ABŞ-Rusiya münasibətlərinin yaxşılaşması bütün dünya üçün müsbət haldır. Lakin müxtəlif səbəblərə görə iki ölkənin münaqişəsi üçüncü qüvvələr (Səudiyyə Ərəbistanı, İsrail və digər ölkələr), həmçinin Rusiya və ABŞ-ın daxilində olan qüvvələr üçün xeyirlidir", - ekspert qeyd edib.

Arkov bir müddət əvvəl Vladimir Putinin müasir Rusiya silahının yeni nümunələrini təqdim etdiyini deyib: