Uşaqlara 28 adın qoyulmasının qarşısı alınıb


Digərləri 28 İyn 2019 20:54:00 220 0

Uşaqlara 28 adın qoyulmasının qarşısı alınıb

Ad hər bir insanın cəmiyyətdə fərd olaraq seçilməsini təmin edən bir vasitədir. İnsanlar adlara görə biri- birindən fərqlənirlər. Kimisi adına görə fəxr edir, kimisi də  bundan xəcalət çəkir. Ən böyük məsuliyyət isə valideynlərin üzərinə düşür. Çünki  bu məsələdə valideynlər övladlarını düşünməyərək ağıllarına gələn adları qoyurlar. Elə adlar var ki ,onların xüsusi qoyulma səbəbi var,eləsi də olur ki, sadəcə istəkdən qoyulur.

Ölkədə yetəri qədər maraqlı adlara rast gəlirik. Meyvədən tutmuş, quş, avtomobil, elektrik avadanlıqları,  hətta rayon adları da qoyanlar var.

 Görəsən belə adları qoymaqda məqsəd nədir? Eşidilən zaman diqqət kəsb etməkmi, yoxsa elə ad xatirinə ad qoymaqmı?

Son.az bildirir ki, bununla bağlı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış adlar və soyadlar  üzrə Xüsusi Komissiyasının sədr müavini Səyalı Sadıqova Modern.az saytına açıqlama verib.

O bildirib ki, son zamanlarda Komissiyaya adqoyma ilə bağlı 70-ə yaxın müraciət daxil olub.

Onlardan 28 adın qoyulmasının qarşısı alınıb. Qarşısı alınan adlardan bəziləri bunlardır:  İşbilir, Xunçar, Cücəbacı,  Xubla, Fəqih, Aymələk, Cəld, Aliza, İstifa, Əskiyə, Bəkəra. Bu adların qoyulması tövsiyə olunmur.

S.Sadıqova onu da qeyd edib ki, Müavin, Alfira, Xublar kimi adların verilməsi üçün məhkəməyə müraciət olunub, ancaq buna baxmayaraq qəti şəkildə qarşısı alınıb.

"Lakin Fəxrfarş, Fəhminə, Elsevən, Elsurə, Bəxtişən,  Çingizdəmir, Bəxtinur, Ceyhan, Ayla, Fəğan, Aylanur kimi adların verilməsi biz tərəfdən tövsiyə olunub.