5 manatlıq əskinasın üzərindəki yazının mənasını biləndə


Digərləri 28 İyn 2019 20:59:00 228 0

5 manatlıq əskinasın üzərindəki yazının mənasını biləndə

Azərbaycanın pul vahidi olan 5 manatlıq əskinasın üzərində heroqlif və qəribə hərflərə heç fikir vermisinizmi? Bu yazıların nə məna daşıdığını bilirsinizmi?

Son.az Faktaeber.com-a istinadən bu haqda qısa məlumat verir.

Hazırda dövriyyədə olan 5 manatlıq əsginaslar 2005 və 2009-cu illərdə Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar yazı və ədəbiyyat mövzusuna həsr olunub.

İlk olaraq xatırladaq ki, ağ kağızda çap olunmuş əskinasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunub. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilib, Azərbaycanın inkişaf tarixi - Qobustan qaya heroqlifləri, Orxon-Yenisey abidələri əlifbası, müasir Azərbaycan yazısı çap edilib.

Əskinasın üzərində Orxon-Yenisey əlifbası ilə yazılan Gül Tigin kitabəsində deyilir:

"Türk millətinin adı sanı yox olmasın deyə atam Xaqanı və anam Xatunu ucaltmış olan Tanrı, dövlət verən Tanrı, Türk millətinin adı sanı yox olmasın deyə məni o taxta oturtdu. Tanrı lütf etdiyi üçün, mən də qutlu olduğum üçün Xaqan oldum"

Yeri gəlmişkən qeyd edək ki, saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 5 manatlıq əsginasda su nişanı - üç alov təsvir olunub. 2005 və 2009-cu illərdə çap olunmuş əsginasların üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər var.


Xəbərə aid foto