İlahiyyat İnstitutunun ilk magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib (FOTO)
Digərləri 28 İyn 2019 20:56:00 230 0
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsində Dinin psixologiyası və İslamşünaslıq ixtisaslaşmaları üzrə magistrlik dissertasiyalarının müdafisəsi keçirilib.
Bakı.
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsində Dinin psixologiyası və İslamşünaslıq ixtisaslaşmaları üzrə magistrlik dissertasiyalarının müdafisəsi keçirilib.
İnstitutdan Trend-ə verilən məlumata görə, magistrlik dissertasiyalarının müdafiəsi üçün İxtisaslaşdırılmış Şuranın sədri BDU Şərqşünaslıq fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev çıxış edərək, magistrantlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Alim bundan sonra da gənclərin elmi-tədqiqatlar aparmasını, qazandıqları bilikləri həyatda uğurla reallaşdırmağı, ölkəmiz üçün dəyərli vətəndaş, bacarıqlı mütəxəssis olmağı tövsiyə edib.
Daha sonra elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantları “Zigmund Freyd və din”, “Karl Qustav Yunq və dinə baxışı”, “İslamda iradə azadlığı”, “İslamda Allahın varlığının dəlilləri” mövzularında dissertasiya işlərini müdafiə ediblər. Magistrantlar dissertasiya işləri ilə bağlı Şura üzvlərinin suallarını cavablandırıblar.
İnstitutun müəllimləri, dekan və kafedra müdirlərinin iştirak etdiyi müdafiədə müzakirələr aparılıb, opponent rəyləri dinlənilib, Şura üzvləri çıxış edərək, öz sual və tövsiyələrini səsləndiriblər.
Sonda onlara magistr dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.
Mənbə: az.trend.az