Ərdoğan Vaşinqtonu təhdid etdi: "Pulumuzu istəyəcəyik"


Dünya 28 İyn 2019 20:44:00 213 0

Ərdoğan Vaşinqtonu təhdid etdi: "Pulumuzu istəyəcəyik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin "F-35" tipli proqramdan çıxarıla bilməsi ehtimalını şərh edərək qeyd edib ki, Türkiyə bu tip qırıcılar üçün bazar deyil.

Son.az bu barədə Sputnik Azərbaycan-a istinadən xəbər verir.

"Türkiyə "F-35" tipli qırıcılar üçün bazar deyil, əksinə təyyarələrin yaradılması üzrə proqramın iştirakçısıdır", - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə artıq proqramın reallaşdırılmasına 1,25 milyard dollar ödəyib: "Biz bu proqramdan çıxmaq niyyətində deyilik. Əgər ABŞ tərəfi Ankaranı bu proqramdan çıxarmağa cəhd etsə, Türkiyə beynəlxalq arbitraj məhkəməsinə müraciət edəcək və öz pullarını geri qaytarmağı tələb edəcək".

Xatırladaq ki, iyunun 11-i ABŞ-ın Arizona ştatının "Lyuk" hərbi bazasında "F-35" tipli qırıcı-bombardmanlarında təlim keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıblar.

Bu qərar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasından sonra Vaşinqtonla aparılan danışıqlar fonunda verilib.

"Nazirliyə məlumdur ki, türk pilotlar... uçuşlar həyata keçirmirlər", - deyə Pentaqonun rəsmi təmsilçisi Mayk Endryus bildirib.