İran və Azərbaycanın ticarət dövriyyəsi 600 milyon dolları keçəcək


Digərləri 28 İyn 2019 20:43:00 194 0

İran və Azərbaycanın ticarət dövriyyəsi 600 milyon dolları keçəcək

Bu il İran və Azərbaycanın ticarət dövriyyəsinin 600 milyon dolları keçəcəyi proqnoz olunur.

Bakı. Elnur Bağışov - Bu il İran və Azərbaycanın ticarət dövriyyəsinin 600 milyon dolları keçəcəyi proqnoz olunur. Bunu İran və Azərbaycan birgə ticarət palatasının iranlı baş katibi Hüseyn Vosuqi İrani Trend-ə açıqlamasında deyib. H.V.İraninin sözlərinə görə, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları nəzərə alaraq, İran rəsmiləri ixracatçıları qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılmasına təşviq edirlər. Baş katib əlavə edib ki, ötən illərdə İran və Azərbaycanın ticarət dövriyyəsi orta hesabla 400 milyon dollar olu: “Ötən illərdə İran və Azərbaycanın ticarət dövriyyəsində əsasən ərzaq, tikinti materialları və sairə məhsulların mübadiləsi olub. Gələn illərdə iki ölkənin ticarət dövriyyəsində hazır məhsullar əsas yeri tutacaq". Hər iki ölkə investorlarının qarşılıqlı şəkildə Azərbaycan və İranda layihələrə investisiyalar yatırdığını diqqətə çatdıran Vosuqi İrani proqnoz edib ki, növbəti illərdə ölkələrimiz arasında investisiyaların həcmi artacaq: