Acqarına su içmək MÖCÜZƏ YARADIR


Digərləri 28 İyn 2019 20:39:00 206 0

Acqarına su içmək MÖCÜZƏ YARADIR

Sağlam bədən və həyat tərzi üçün gündəlik 2,5-3 litr su içmək vacibdir.

Son.az Publika.az-a istinadən xəbər verir ki, xüsusilə, yaş artdıqca ciddi sağlamlıq problemləri ilə qarşı-qarşıya qalmamaq üçün bol su içilməlidir.

Susuzluğun yaratdığı ən ciddi problemlərdən biri böyrəklərlə əlaqədardır.

Sağlamlıq baxımından inanılmaz faydaları olan su həm də artıq çəkidən xilas olmaqda əsl xilaskar kimi davranır. Su ilə tətbiq olunan pəhrizlər sadəcə 1 həftədə 7 kq çəki atmağa yardımçı olur.

İnsan orqanizminin 75%-ni su təşkil edir. Buna görə də gündəlik göstərilən miqdarda su içmək həyati əhəmiyyət daşıyır. Metabolizmin sürətli şəkildə işləməsinə və qan təzyiqinin balanslaşmasında kömək edən su metodik anlamda çəki atmağı asanlaşdırır.

Mütəmadi su içməyin çəki atmaqda faydaları:

1.Bədəndəki toksinləri ataraq rahatlıq hissi bəxş edir.

2. Artıq piylərin əriməsini asanlaşdırır.

3. Qidaların parçalanmasını asanlaşdırır və həzminə kömək edir.

4. Günü sakit şəkildə keçirməyi təmin edir.